Xalq artisti: “Toy müğənnisi ilə fərqim olmalıdır” - FOTO

Baxış sayı: 
75
2  
0  

 
“Bəzi insanlar elə düşünürlər ki, məqsədim fəxri ad almaqdır. Amma bu, əsla belə deyil”.
 
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Planet Parni iz Baku” komandasının tanınmış üzvü olan Tahir İmanovun “Instagram”da açdığı canlı yayımda qonaq olarkən deyib.
Qazandığı uğurlar barədə ağızdolusu danışan sənətçi həmkarlarından fərqli olaraq ulduz xəstəliyinə tutulmadığını bildirib:
 
“Prezidentin “Xalq artisti” fəxri adı ilə bizi təltif etməsi stimul, motivasiya və vicdanlı insan üçün böyük məsuliyyətdir. Heç zaman uğurlarımdan başım gicəllənməyib və ulduz xəstəliyinə tutulmamışam. Hər zaman söyləmişəm ki, əgər yazdığım mahnıların bu cəmiyyətə töhfəsi varsa, deməli daha çox çalışmalıyam. Çünki valideynlərim və müəllimlərim məni belə yetişdiriblər. Bütün bunlar isə insanın mənəvi tərbiyəsinə dayanır.
 
Hər zaman əziyyət çəkirəm. Niyə bizim sayılıb-seçilən incəsənət nümayəndələrimiz bir araya gələ bilmirlər? Niyə daha çox davadan danışırıq? Müğənnilər bir-biri ilə düşmənçilik edirlər”.
 
Söhbət zamanı T.Ağayeva fəxri ad ala bilməyən toy ifaçılarının şikayətini doğru addım saymayaraq, onların bu mövzuda gileyinə sərt reaksiya verib:
 
 
“Bəzi sənətçilər deyirlər ki, ömür boyu toylarda oxudum, amma mənə heç bir fəxri ad verilmədi. Toy biznesini sən özün seçmisən. Bəlkə də toydakı çıxışınla bir neçə ailəni dolandırmısan. Bu gözəl işdir. Amma sən bu hərəkətinlə ictimai əhəmiyyət daşımırsan. İctimai əhəmiyyət daşıyan, o məsuliyyəti üzərinə götürən, hər bir efirini fikirləşən, üzərində çalışan, “tamaşaçılara nə kimi fayda verə bilərəm?” sualı ətrafında yuxusunda belə düşünən insanlar fəxri ada layiqdirlər. Toy müğənnisi ilə aramda fərq olmalıdır. Tamaşaçı bizi eyni rəngə boyamamalıdır.
 
Mənim də toyda oxuyan müğənnilər kimi başqa bazarım (biznesim – red.) yoxdur. Biz hamımız eyni bazarın içərisindəyik. Amma toyda iştirak edən cəmiyyət Tünzalə səhnəyə çıxdıqda, ondan yüksək keyfiyyət gözləyir. Tünzalə gözəl şeyləri təbliğ edir”.
 
Qeyd edək ki, müğənni Tünzalə Ağayeva 2006-cı ildə “Əməkdar artist”, 2019-cu ildə isə “Xalq artisti” adına layiq görülüb.

Загрузка...
Загрузка...