​“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir

Baxış sayı: 
91
1  
0  

 
 
“WhatsApp” ixtiraçıları “Expiring Media” adlı yeni funksiya üzərində işləyir.
 
BAKU.WS xəbər verir ki, bu barədə “WeBetaInfo” portalı məlumat yayıb.
Yeni funksiya istifadəçilərə media kontent göndərməyə imkan verəcək ki, fayl açıldıqdan və yazışmanı tərk etdikdən sonra qarşı tərəfdə dərhal silinəcək. Mesajın silinməməsi üçün vaxt təyin etmək də işə yaramayacaq.
 
Bununla belə yoxa çıxan mesajlar adi mesajlardan qrafik olaraq fərqlənəcək ki, istifadəçilər onları qarışdıra bilməsinlər.
 
Yeni funksiya artıq Android smartfonlar üçün beta versiyasında işə düşüb. Bütün istifadəçilər üçün funksiyanın nə vaxt işlək olacağı hələlik açıqlanmır.

Загрузка...
Загрузка...