“Wentto Electronics”dən telefon alanların diqqətinə – Sizi də belə aldada bilərlər (FOTO, VİDEO)

Baxış sayı: 
82
2  
0  

 
 
Bakıda “Wentto Electronics”dən telefon alan Şölə Qədirli buna peşman olub.
 
Minval.info xəbər verir ki, telefonda ziddi nasazlıq yaranıb və artıq işlək halda deyil.  Sadəcə 8 gün istifadə edilən telefon yararszı haldadır. “Wentto Electronics” isə məsuliyyətdən boyun qaçırır.
 
Şikayətçinin sözlərinə görə, 8 gün istifadə etdiyi telefona görə ondan 650 manat tələb edilir: “Mart ayın 18-i “Wentto Electronics”in Nizami filialından “Samsung A 51” markalı mobil telefon almışam. Son dəfə 26 martda elektrik yuvasına taxıb yükləməyə qoyduğum telefon 27 martda batareya gücü azaldığına görə təkrar yükləməyə qoymaq istəsəm də, adapteri götürmədi. Telefon normal vəziyyətdə işlədiyinə görə, problemin adapterdan olduğunu düşündüm və bir neçə saat sonra batareya gücü sıfırlandığı üçün telefon söndü. Adapter almaq üçün başqa eletronika mağazasına yaxınlaşdıqda problemin adapterdan olmadığı aydınlaşdı və telefonda cüzi əyriliyin olduğu mənə satıcı tərəfindən bildirildi.
 
28 mart(şənbə günü) “Wentto electorics”lə əlaqə saxladım. Problemin təyini üçün telefonun servisdə diaqnostika olunmalı olduğunu bildirdilər. Karantin səbəbindən servisin fəaliyyəti dayandırıldığına görə, diaqostika mümkün olmadı. Servisə telefonun mağaza əməkdaşlarının yönləndirməsi üçün qarşılıqlı razılıq əsasında telefon mağazanın mərkəz ofisində qaldı. Mənə müvəqqəti istifadə üçün telefon təklif edildi, amma təzə aldığım telefonda qarşılaşdığım problemə görə, ehtiyatlı davranaraq bu nəzakətli təklifi qəbul etmədim.
 
Servisin rəyinə əsasən, bu problemin istehsalçı xətası deyil, istehlakçı xətası olduğu müəyyən edildi və 650 azn təmir xərci olduğu bildirildi. “Samsung Azərbaycan”a şikayət üçün müraciət etdikdə müraciətimin qeydə alındığını və araşdıracaqlarını bildirdilər. Araşdırmanın məğzi servisin mənə verdiyi informasiyanı təkrar etməsi oldu hətta zəngdə təmir xərci telefona təkrar baxış olmadan 660 manata yüksəlmişdi.
 
Digər ustaların bildirdiyinə görə, əyilmə batareya hissədədir cüzi əyilmə plata hissədə deyil ( zəmanətin aktiv qalması üçün digər usta tərəfindən zahiri baxış olub). Bu telefonun kənarı möhkəm materialdan deyil və əyilmə ola bilərmiş. O formada olan normal qaydada işləyən telefonlar var. Əyilməni mən ümumiyyətlə hiss etməmişdim deyə məni narahat etmirdi.
 
Normal işləyən və batareya gücü bitdiyi üçün sönən telefonda plata və ekran problemi – 650-660 manatlıq təmir xərci necə yarandı? Mən qətiyyən şikayətçi ruhlu deyiləm, amma bu məsələnin mənəvi ziyanı maddi ziyanından çoxdur. Əgər siz də təmir xərci alış xərcindən çox olan məhsul alıb 2 həftə belə istifadə etməmək istəyirsinizsə, “Wentto Electronics” və “Samsung Azerbaijan” markasını seçin”.
 
Şikayətlə bağlı “Wentto Electronics”-lə əlaqə saxladıq. Yaranmış problem haqqında sual verdik. “Sizinlə əlaqə saxlayıb məlumat verəcəyik” deyildi, amma heç bir məlumat verilmədi.
 
Məhəmməd Türkmən
 
Minval.info
 

Загрузка...
Загрузка...