​Vətəndaşlara ŞAD XƏBƏR! – Qaz limitinə nəzarət edə biləcəksiniz

Baxış sayı: 
57
1  
0  

 
 
“Göstəriş vermişik ki, yaxın 5-10 gün ərzində ödəniş bildirişlərində vətəndaşın ilin əvvəlindən işlətdiyi qazın miqdarı göstərilsin”.
 
Modern.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. O qeyd edib ki, həmin bildirişlər sayəsində vətəndaşlar nə zaman qazın limitini keçdiklərini biləcəklər:
 
“Əvvəllər bununla bağlı problem var idi. Vətəndaş qaz limitini nə zaman keçdiyi haqda dəqiq məlumat ala bilmirdi. İndi isə bu məsələ həll edilir və sakinlər öz qaz limitinə nəzarət edə biləcəklər”.
 
Ə. Hacıyev onu da əlavə edib ki, mayın 1-ə qədər limiti keçən və keçməyən vətəndaşların limiti üzərinə 500 kubmetr qaz əlavə ediləcək:
 
“Limiti keçən vətəndaşlar həmin 500 kubmetr qazı hər kubmetr üçün 10 qəpik tarifi ilə istifadə edəcəklər”.
 
Ə.Hacıyev deyib ki, Prezidentin “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq.
 
Onun sözlərinə görə, ölkə başçısının Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradlar qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir:
 
“Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq”.
 
“Azəriqaz” sədri deyib ki, qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin operativ həlli ilə bağlı İşçi Qrupu yaradılıb. Azərbaycanda qazlaşma səviyyəsi 95,7%-ə çatıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2,183 milyonu keçib: “Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görüləcək”.
 
Minval.info

Загрузка...
Загрузка...