Vətəndaş qarşıdurması qapıda: Böhran İranı yırğalayır

Baxış sayı: 
429
2  
0  

Keçən ilin son günlərində İranda sosial etirazlar baş qaldıranda yaxın perspektivdə bunun ardıcıl və kütləvi hal alacağı gözlənilən idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranda etirazların baş qaldırmasında ABŞ Prezidenti Donald Trampın nüvə sazişini ləğv etməsinin böyük rolu var:

“Digər yandan, ABŞ prezidenti keçən il Yaxın Şərq ölkələri və Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində İrana qarşı yeni xəttin əsasını qoymuşdu. May ayında nüvə sazişindən çıxmaqla bu xətti bir qədər də dərinləşdirdi.

Qənaətimə görə, ABŞ-ın məqsədi İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməklə daxildə hakimiyyət dəyişikliyinə zəmin yaratmaqdır. Bu sanksiyalar nəticəsində İranın milli valyutası dollar qarşısında 100 faizdən artıq dəyər itirib, bu da onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti bir qədər də ağırlaşdırdı.

Digər yandan isə İran hakimiyyətinin neft və qaz satışında əldə etdiyi pulları Suriyadakı hərbi əməliyyatlara xərcləməsi cəmiyyəti hiddətləndirmişdi.

Lakin bu etirazlar baxmayaraq, İran hakimiyyəti Yaxın Şərqdəki əməliyyatlara ayırdığı pulların həcmini artırır. Buna görə də düşünürəm ki, İran daxilində baş qaldırmış etirazlar miqyası böyüməklə yanaşı davamlı olacaq”.

Загрузка...
Загрузка...