VƏTƏNDAŞ İCRA HAKİMİYYƏTİNDƏN ŞİKAYƏTÇİDİR

Baxış sayı: 
180
3  
0  


Ağcabədi sakini Baxşeyiş Səfiyev tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciətdə deyilir:

Mən Ağcabədi rayonun Aşağı Avşar kənd sakiniyəm. 1995-ci ildə Kəndli Fermer Təsərrüfatı yaradaraq 50 hektat torpaq sahəsini müddətsiz icarəyə götürərək istifadə etmişəm. 2009-cu ildə isə MMC yaradaraq həmin torpaq sahəsindən bu günə kimi istifadəmdədir. Qeyd edim ki, o vaxtkı Xalq Deputatlar Sovetinin qərarı ilə torpaq mənə müddətsiz icarəyə verilib. Həmin torpaqdan istifadə müddətim qurtarsa da, icarə müddəti qurtarmayıb. Mən dəfələrlə Ağcabədi Rayon İcra hakimiyyətinə müraciət edərək həmin torpaqdan istifadə müddətimin uzadılmasını xahiş etsəm də, müraciətlərimə baxılmayıb. Sonuncu dəfə isə mənə şifahi şəkildə bildiriblər ki, icarə müddətin müddətsizdir, torpaqdan istifadə edə bilərsən. Lakin, digər tərəfdən də Ağcabədi Rayon İcra hakimiyyətinin köməkliyi ilə Azərşəkər MMC həmin torpağı əlimdən almağa çalışır. Mənə qarşı təzyiqlər olunur, heç bir əsas olmadan mənimlə bağlı prokurorluq orqanlarına şikayət edərək həmin torpaqdan imtina etməyimə çalışırlar. Bir daha qeyd edirəm ki, 26 ildir ki, o torpaqdan mən istifadə etmişəm, bu vaxta qədər mənə kimsə deməyib ki, sən o torpaqlardan qanunsuz olaraq istifadfə edirsən. İndi hansı əsasla və nəyin müqabilində Ağcabədi Rayon İcra Hakimiyyəti mənim 26 ildir ki, istifadəmdə olan torpağı əlimdən alaraq Azərşəkər MMC-yə vermək istəyir.? O, bildirib ki, onunla qonşu olan torpaqların hamısı əkilib-biçildiyi halda ona bu gün əkin-biçin aparmağa imkan verilmir. Halbuki, başqalarından fərqli olaraq onun həmin torpaqda əkin-biçin aparmağa qanuni əsasları var.  
Baxşeyiş Səfiyev müraciətinin sonunda ölkə başçısına müraciət edərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ona qarşı törətdiyi qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirlər görməyə çağırıb. 

 

Загрузка...
Загрузка...