​Virusun ən çox yayıldığı ölkəni dəhşətli günlər gözləyir - Yerlə-yeksan olacaq

Baxış sayı: 
95
1  
1  

ABŞ-da normadan daha yüksək təhlükəli Atlantik qasırğası mövsümü gözlənilir.
 
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) müdiri Neyl Yakobs videokonfransda danışıb.
 
O bildirib ki, təhlükə 60 faizdir. Qasırğaların kateqoriyaları isə 3-6 aralığında dəyərləndirilir.
 
İdarənin nəzdindəki Milli Hava və İqlim Proqnozları Mərkəzi saatda 63 km və daha böyük sürətli küləkləri olacaq 13-19 arasında fırtına proqnozlaşdırır.
 
Orta hesabla bir qasırğa mövsümündə Atlantik okeanında 6-sı qasırğa və 3-ü böyük qasırğa olmaqla, 12 qeydə alınmalı fırtına baş verir.
 
Atlantik qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonuna qədər davam edir. Okeanda hər 4 ildə ən az bir dəfə 5-ci kateqoriyaya aid qasırğa qeydə alınır. Bu il də eyni səviyyədə qasırğanın başvermə ehtimalı var.
 
Qeyd edək ki, ABŞ hazırda koronavirusun ən çox yayıldığı ölkədir. Burada 1 milyon 620 min 402 nəfər infeksiyaya yoluxub, 96 min 354 nəfər ölüb.
 
Zümrüd

Загрузка...
Загрузка...