Virusoloq koronavirusdan qoruyan vasitələrin effektivliyindən danışdı

Baxış sayı: 
80
1  
0  

Koronavirusa qarşı ən təsirli fərdi qoruyucu vasitələr infeksiyanın ən kiçik hissəciklərini tuta bilən filtrləri olan respiratorlardır.
 
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Gamalei Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, virusoloq Viktor Lariçev deyib.
 
“Tikinti respiratorları havanı daha yaxşı süzür, çünki onlar incə toz tuta bilən filtrləri olan xüsusi materialdan hazırlanıb. Təəssüf ki, tibbi maskalar toz saxlaya bilməyəcək, ancaq respirator bu barədə daha effektivdir”, - deyə mütəxəssis respiratorların üzdə daha sıx qaldığını xatırladaraq qeyd edib.
 
“Moskva Danışır” radiostansiyasına verdiyi müsahibədə Viktor Lariçev maskaların koronavirusun yayılmasını nəzarətdə saxlayan təsirli üsul olduğunu vurğulayıb. İnfeksiyanın hissəcikləri asqıran, öskürən və ya danışan zaman bədənə daxil ola bilər. Maskalar havada hərəkət edərkən maye damcılarını saxlayır.
 
Məlumat üçün bildirək ki, Rusiyanın Səhiyyə Nazirliyi koronavirusu müalicə edən ilk dərmanı artıq təsdiq edib. Mütəxəssislər onun effektivliyini qiymətləndirib, preparat lazımi laborator müayinələrdən keçib və tezliklə ölkənin xəstəxanalarına paylanacaq.
 
Aytən Məftun

Загрузка...
Загрузка...