Vedrə, it, quş, futbol üstündə düşən müharibələr – (FOTOLAR)

Baxış sayı: 
23
1  
0  

 
 
“Vedrə müharibəsi”    
 
Müharibə 1325-ci ildə baş verib. İki İtaliya şəhər-dövləti olan Boloniya və Modena arasında baş tutan müharibənin səbəbi isə sadəcə taxtadan hazırlanmış adi vedrə olub. Boloniya şəhərini qarət edən modenalı əsgərlər geri qayıdarkən özləri ilə su aparmaq üçün bir vedrə götürüblər. Vedrənin aparılmasını qürur məsələsinə çevirən boloniyalılar özlərindən qat-qat güclü Modena dövlətinə müharibə elan etdilər. Müharibə 12 il davam etdi və minlərlə insanın ölümünə səbəb oldu. Boloniyalılar istədiklərini əldə edə bilmədilər və məğlubiyyətlə barışmalı oldular. Müharibəyə səbəb olmuş məşhur vedrə isə bugün Modenada bir kilsənin çardağında saxlanılır.
 
Paraqvay müharibəsi
 
1864-cü ildə Paraqvay rəhbəri Françesko Solano Lopez can sıxıntısı və maraqsız həyat tərzindən dolayı qonşu Argentina, Braziliya və Uruqvay dövlətlərinə müharibə elan edib. Heç nədən başlayan və 6 il davam edən müharibə zamanı 400 min nəfər həyatını itirdi. Təkcə Paraqvayın kişi əhalisinin 90%-i müharibədə həlak oldu.
 
“İt müharibəsi”
 
Birinci Dünya Müharibəsi dövründə bir-birinə qarşı qanlı döyüşlər həyata keçirən Yunanıstan və Bolqarıstan müharibə sonrası münasibətlərini düzəltməyə çalışırdı. Lakin 1925-ci ilin 22 oktyabr günü hər şey alt-üst oldu. Yunanıstan sərhəd məntəqəsindən Bolqarıstan ərazisinə keçən bir it iki ölkə arasında yenidən müharibəyə səbəb oldu. BMT-nin çağrışlarına baxmayaraq müharibə 10 gün davam etdi və 52 nəfər həyatını itiridi.
 
“Emu müharibəsi”
 
1932-ci ildə Avstraliyada olduqca qəribə müharibə baş verdi. Avstraliyalılar ölkə ərazisində sürətlə çoxalan emulara qarşı müharibə elan etdilər. Çox az emu məhv edilə bildi və avstraliyalılar “məğlubiyyətlə” barışmalı oldular. Bu hadisə “Emu müharibəsi” adı altında tarixə düşdü.
 
“Futbol müharibəsi”
 
1969-ci ildə futbol matçında Hondras-El-Salvador milliləri üz-üzə gəldi. Matç El-Salvador millisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşdı və hər şey bundan sonra başladı. Məğlubiyyət sonrası El-Salvador azərkeşlərinin həddindən artıq dərəcədə sevinməsi Honduraslıları hövsələdən çıxardı. Baş verən hadisələr siyasətə də sıçradı. El-Salvador rəhbərliyi Hondurasa müharibə elan etdi. 4 gün davam edən müharibədə heç bir tərəf nəticə əldə etmədi. 2 ölkə arasında münasibətlər yalnız 2006-cı ildə ölkə rəhbərlərinin görməşi ilə düzəldi.
 
Nazim Hacıyev
 
Minval.info

Загрузка...
Загрузка...