Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır

Baxış sayı: 
101
2  
0  

 
Vatikan dövləti bu ilin mart ayının 2-də 1939-1958-ci ildə papalıq edən XII Piyin “Holokost” deyə bilinən yəhudi soyqırımı ilə bağlı məxfi qeydlərini açmağa qərar verib.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.
 
Qeyd olunur ki, bir sıra yəhudi təşkilatları, həmçinin tarixçilər hələ də XII Piyin insanların kütləvi şəkildə qıırlmasına biganə qaldığını, habelə Holokost zamanı onların xilası üçün heç bir tədbir görmədiyini düşünürlər.
 
Lakin Papanın müdafiəçiləri onun vaxtilə diplomatik kanallardan istifadə edərək bir çox monastırları və digər dini təşkilatları yəhudiləri gizlətməyə çağırdığını bildirirlər.
 
Vatikanda arxivlərin açılması ilə həmin hadisələrin gün işığına çıxarılacağına və Papanın yəhudi millətindən olanların xilası üçün əlindən gələni etdiyinə dair sübutların ortaya qoyulacağına ümid edirlər.
 
Papalığın baş kitabxanaçısı, kardinal Joze Tolentino Kalasa de Mendonsa Vatikan Həvari kitabxanasının qapılarının milliyətindən, dinindən və ideologiyasından asılı olmayaraq hər kəsin üzünə açıq olacağını vurğulayıb. “Kilsənin tarixdən qorxacaq heç bir səbəbi yoxdur”, - deyə o, jurnalsitlərə bəyan edib.
 
Hazırkı ana qədər arxivlərə çıxış əldə etmək üçün 150 tarixçi və araşdırmaçı qəbula yazılıb.
 
Musavat.com
 
 

Загрузка...
Загрузка...