​Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə getdi

Baxış sayı: 
121
1  
0  

 
 
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.
Məsələ ilə əlaqədar Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb.
 
“İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq”, – deyə Vaqif Əsədov bildirib.

Загрузка...
Загрузка...