​Van Dammın oğlu tutuldu

 
Tanınmış aktyor Jan-Klod Van Dammın kiçik oğlu, 21 yaşlı Nikolas Van Varenberq Arizona ştatının Tempe rayonunda qonşusunu hədələdiyi üçün həbs edilib.
Teleqraf.com xəbər verir ki, V.Varenberq öncə yaşadığı binanln liftini səbəbsiz yerə yumruqlayaraq əlinin qanını liftə axıdıb. Polis qan izinin aktyorun oğluna aid olduğunu müəyyən edəndən sonra onun mənzilinə gedib. Polislər səhvən qonşu mənzilin qapısını döyüblər. Qonşunun Varenberqin evini polislərə göstərməsi aktyorun oğlunun xoşuna gəlməyib. Polislər gedəndən sonra o, qonşunu bıçaqla hədələyib.
Bundan sonra asayiş keşikçiləri Nikolasın yaşadığı mənzildə axtarış aparıblar. Onun yastığının altından soyuq silah qismində istifadə etmək üçün kustar üsulla hazırlanmış bıçaq və narkotik tərkibli maddə aşkarlanıb.

Загрузка...
Загрузка...