​Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən VİDEOREPORTAJ

Baxış sayı: 
116
0  
0  

Son günlər qalmaqallarla gündəmdə olan məktəblərdən biri də 220 saylı məktəb-liseydir. Məktəbin direktor müavini Zeynəb Rzayeva ilə yeni direktor əvəzi Tural Mirzəyev arasındakı qalmaqala artıq ailələr də qarışıb.
Belə ki, bir neçə gün əvvəl aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın vəzifəsinin aşağı salınmasına, məktəbin direktor əvəzi Tural Mirzəyevin məktəbdəki müəllimlərə davranışına etiraz edərək məktəbə gedib. Bu zaman onunla T.Mirzəyev arasında direktor otağında mübahisə yaşanıb. Mübahisənin videogörüntüləri yayılıb və həmin görüntülər artıq bir neçə gündür ki, medianın, habelə ictimaiyyətin müzakirə mövzusuna çevrilib. R.Rzayev bacısının direktor T.Mirzəyevin tapşırığı ilə məktəbdə pul topladığını iddia edir. O, direktor əvəzi T.Mirzəyevi açıq şəkildə təhqir edir. Yayılan bu görüntülərə və qalmaqala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin açıqlaması da gecikmədi. Yayılan məlumatda tərəflər arasında məsələnin əsas səbəbi belə izah edildi:
“220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.
Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd edən siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub”.
Hər iki tərəfin mediaya yetərincə açıqlama verdiyini nəzərə alaraq üçüncü tərəfin – valideyn və şagirdlərin dilindən real vəziyyəti öyrənməyə çalışdıq. Bunun üçün isə təhsil ocağının qarşısında, amma məktəb hasarlarından içəri keçmədən onların fikrini öyrəndik. Düzdür, bəzi qadın valideynlər həyat yoldaşlarının razılığını almadıqlarından kameraya danışmaqdan imtina etdi, lakin bir cümlə ilə Tural Rzayevdən razı olduqlarını dedilər. Bəziləri isə ümumiyyətlə, danışmaq istəmədi. Lakin istər kamera qarşısında, istərsə də kamera olmadan danışanlar hamısı T.Rzayevdən narazılıqlarının olmadığını dedilər.
Məktəbin 10-cu sinif şagirdi Fidan Qəhrəmanlı da çəkiliş olmasa da, sadəcə səsinin yazılması şərti ilə danışdı. Tural Mirzəyevin məktəbə direktor əvəzi təyin ediləndən sonra müsbət dəyişikliyin hiss olunduğunu dedi:
“Artıq məktəbdə ciddi nizam-intizam var. Yaşanan bu hadisələrdə Tural müəllimdə heç bir günah görmürəm. Bu da məni və digər şagirdləri narahat edir. Tural müəllim məktəbə gələndən heç bir neqativ hal yaşanmayıb, hətta əksinə əvvəl olan problemlər aradan qaldırılıb. Təktərəfli də deyiləm, heç kimin də tərəfini tutmuram. Ancaq bu söz-söhbətlərdən məktəbin adı ciddi şəkildə korlandı”.

Загрузка...
Загрузка...