“Uzunmüddətli perspektivdə neftin qiymətinin 100 dolları aşması qəribə deyil” – Ekspert

Baxış sayı: 
52
1  
0  

“Son 10 ildə neftin qiymətinin 26 dollardan 145 dollar arasında dəyişdiyini nəzərə alsaq, uzunmüddətli perspektivdə 100 dollar həddini aşması təəccüblü olmaz”.

Bunu “Report”a enerji və faydalı qazıntı hasilatı sahəsində ekspert, “Scientific Mining” jurnalının baş redaktoru Nejat Tamzoq bildirib.

O deyib ki, daha əvvəl ABŞ-ın Energetika Nazirliyi nəzdindəki Enerji İnformasiyası Agentliyinin 2018-ci ildə bir barel “Brent” markalı neftin orta hesabla 72 dollara satılacağı barədə proqnozuna baxmayaraq, artıq bu barədə başqa mülahizələr səsləndirilir: “Məsələn, Beynəlxalq Enerji Agentliyi tərəfindən verilən açıqlamalarda neftin qiymətinin yüksəlişə keçməsi meyli göstərilərək orta müddətli perspektivdə artım gözləndiyi konkret bildirilir. Bu da göz qabağındadır, çünki bütün dünyada neftə tələbat artdığı halda OPEC istehsalı artırmaq istəmir, üstəlik Venesuelada istehsalın azalması da istisna olunmur ki, bu da tələbatla təklif arasındakı müvazinətsizlik riski deməkdir”.

Bu ilin sonunadək neftin qiymətinin sabitləşməsi məsələsinə toxunan ekspert, hazırda qiymətlərin çox volatil olduğundan “Brent” markası üçün qiymətlərin 70-90 ABŞ dolları səviyyəsində olacağını söyləyib.

Загрузка...
Загрузка...