“Üzr istəməlidir” – Azərbaycanlıları təhqir edən nazirə məktub

Baxış sayı: 
133
0  
0  

Güney Azərbaycanın Germi şəhərinin İran parlamentindəki millət vəkili Himayət Mirzadə ümumtəhsil müəssisələrində qeyri-fars dillərin tədrisini qadağan edən Təhsil naziri Məhəmməd Bəthayiyə açıq məktub ünvanlayıb.

Turaninfo.org xəbər verir ki, Mirzadə açıq məktubunda təhsil nazirndən üzr istəməsini tələb edib.

Məktubda deyilir:

“Sizin qeyri-fars dillərin tədis edilməsini “təhlükəli” və “qırmızı xətt” adlandırmağınız olduqca təhlükəli və ölkə Konstitusiyasına ziddir. Konstitusiyaya görə, məktəblərdə fars dili ilə yanaşı, digər yerli dillərin tədris olunması sərbəstdir. Buna görə də 15-ci maddənin icrasına başlanılmalıdır. Siz insanlardan dərhal üzr istəyərək, səsləndiriyiniz fikirləri təkzib edib, Konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı əyalətlərdə yerli dillərin tədrisi üçün xüsusi qrupların yaradılması barədə göstəriş verməlisiniz. Bu qruplar yerli dillərdə dərsliklər hazırlayıb və müəllimlər yetişdirərək digər dillərin də tədrisinə zəmin yaratmalıdır”.

Himayət Mirzadə məktubun sonunda vurğulayır ki, millət vəkilləri təhsil nazirini parlamentə çağıraraq hesabat tələb etmə hüququnu özündə saxlayır.

Qeyd edək ki, İranın Təhsil naziri Məhəmməd Bəthayi məktəblərdə qeyri-fars dillərin tədrisinin təhlükəli olduğunu əsas gətirərək, bunun qadağan edildiyini açıqlayıb. Nazirin fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.

Загрузка...
Загрузка...