​Utanmasan oynamağa nə var və daldan atılan daş topuğa dəyər!

Baxış sayı: 
302
4  
0  

     Musavat.az saytı axar.az saytına istinad edərək yazır ki, “İmişlidə gecikmiş aksiya″: icra başçısı həbs olunduqdan sonra... Məqalədən belə çıxır ki, İH-nin humanitar və içtimai-siyasi şöbələrinin əməkdaşları idarə və müəssisələrdə, çoxmənzilli yaşayış evlərinin sakinləri ilə görüşlər keçirir, Vilyam Hacıyevin korrupsiya və rüşvətxor əməllərini pisləyir, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılır. Lakin rayon sakinləri İmişlini çapıb talayan başçı ilə bağlı bu tədbirləri gecikmiş aksiya hesab ediblər. Mən rayonda bütün məsələlərdən xəbərdaram. Bunlardan nə desən çıxar, amma mötəbər mənbə kimi saytlara inanmaq zorundayam. Çünki məmurlarımızın idarə olunması faktı indi də cinayətdən yayınmaq üçün kimlərinsə sifarişlərini də icra edirlər. Amma mənə İH-dən bir nəfər deyib ki, əgər sifarişli yeni başçı bu cür əməllərlə məşğul olacaqsa, qarşısında məni görəcək...  Allah-Allah! İndi mən neyləyim! Əlacım ona qalır ki, qaçıb duram məscidin qapısının qarşısında İH-də məmə yeyəndən pəpə yeyənədək çağırım məscidə, Qurana əl bassınlar ki, onlar İH-də işə durarkən nəinki Vilyan Hacıyevə, hətta ondan qabaqkı başçılara rüşvət verib işə durmayıblar. Yox bir Vilyam Hacıyev onların ala gözlərinə, qara qaşlarına aşıq olmuşdu. V. Hacıyev  və. s məmurlar haqqında yazdığım yüzlərlə korrupsiya və rüşvət haqqındakı KİV-dəki yazılarımı onlara verəndə rəngləri ağappaq olurdu, dizləri əsirdi. Mənə yalvarırdılar ki, bizdən uzaq elə. Əzizlərim abırınıza qısılın! 30 ildir ki, hamınızı izləyirəm, alıb-verdiklərinizi üzünüzə deyirəm. Həbslərimə sevinən Sizlər deyildinizmi? İllərlə xəstə yatanda ölümümü gözləyən Sizlər deyildinizmi?! Şikayət məktubları yazanlara yalvarıb, onlara aldadıcı fəndlərlə “izahat” alıb, şikayətlərini arxivlərə atan Sizlər deyildinizmi?! Qəbullarda şikayətçilərə yalvarıb, əllərindən öpüb Sizlərdən şikayətçi olmamalarını istəyənlər bəlkə mən idim?! Heydər Əliyev adına parkın satılması barədə səsim ərşə qalxanda qapıma gəlib “nəyinə lazımdır″ deyənlər Sizlər deyildinizmi?! Parkdakı baxçanın sahibi bəlkə mənəm?! Azmı Sizlərə yalvarmışam ki, Allah eşqinə Atamın, anamın məzarlarının yanından başqa haranı istəyirsiniz satın! Təki mənim qəbir yerimə dəyməyin! Hamınız məsuliyyət daşıyırsınız! Ən azından bilib vaxtında xəbər verməmək maddəsi ilə cəzanızı indidən boynunuza alın!
    
    Xəbəriniz  var! Seçkini saxtalaşdıran, əslən gəncəli xanım məntəqə sədri diri-diri yandı. Allahdan şəfa diləyirəm. Vilyamın həmyerlisi idi. Bax o deyirdim haaa! 3 kənd! Əsaslardan biri isə məntəqənin pəncərəsindən qaçmaq istəyəndə, yəni, protokolu dairədə yazmaq sifarişi alanda, şalvarı mismara ilişib yumşaq yerini qan aparan, gece saat 4-5 radələrində oğluna zəng edib başqa şalvar gətizdirəndən o kişini oyrədən bəlkə mən idim?!
     Eşitmişəm məni yenə də  məhkəmələrlə hədəyələnlər var! Sandığı çalışın mənə açdırmayın! Artıq dünya o dünya deyil! Allah da, prezident də mənim kimilərini dəstəkləyir və bizlərə çağırış edir!

ADP İmişli RT-nın sədri,jurnalist                      Məhbub Zülfüqarlı      
Tarix:                                                                18.05.2020-ci il          

Загрузка...
Загрузка...