Uşaqları intihara sürükləyən "Momo" yeni platformada yayılır - SOS!

Baxış sayı: 
102
1  
0  
İntihar xəbərləri ilə gündəmə gələn Mavi Balina adlı oyunun ardınca bu dəfə də “Momo” adlı yeni bir oyun meydana çıxıb. 
 
"Momo" indi də milyonlarla gənc və uşağın oynadığı Minecraftda yayılmağa başlayıb.
 
Mesajlaşma platformu WhatsApp üzərindən yayılan qorxunc üzü gedərək daha çox insan tanımağa başlayıb. Momo haqqında "Yeni Mavi Balina" bənzətməsi də geniş yayılıb. Minecraft üçün şəxsiləşdirilmiş platforma yaradan proqramların məlumatına sahib olan insanlar "Momo"nu oyun içinə daxil etməyə başlayıb.
 
Bir valideyn Youtube videolarında "Momo"nu tanıdan reklamarın oyunla bağlı göründüyü də bildirir. Ata-analar “Momo”nun bir sonrakı “Mavi Balina” ola biləcəyi ilə bağlı xəbərdarıqla qarşılaşırlar. Mavi Balina təkcə Rusiya miqyasında ən azı 130 gəncin ölümünə səbəb olmuşdu.
 
“Momo”, WhatsApp üzərindən zərərçəkənlərə şiddət məzmunlu şəkillər göndərən kölgə nəzarətinə başlayır. Oyun daha sonra oyunun əmrlərini yerinə yetirməyi rədd edən oyunçunu təhdid edir.
 
Minecraft mod, “Momo”nu təqlid edir. "Momo"nun Minecraft xarakterinin əlində WhatsApp loqolu bir telefonla digər oyunçuları təqib etdiyi də deyilir.
 
Oyun gənclərin şəxsi məlumatlarına giriş əldə edərək, qəsb, depressiya və yuxusuzluq kimi qorxuları yaşamasına da səbəb ola bilər. Bu oyun da onları tətikləyir.
 
Argentinada polislər Buenos Aires yaxınlığındakı 12 yaşlı bir qızın intiharının Momo ilə bağlı olub-olmadığını araşdırır. Qızın ölmədən qısa bir müddət öncə telefonu ilə video çəkdiyi deyilir. Məmurlar şübhələnirlər ki, qız intihar məsələsində kimdənsə cəsarət alıb. Qızla təmas quran 18 yaşlı gəncin kimliyi də araşdırılır.
 
İnternet, Momo məzmunlu paylaşımlarla doludur. Beyinlərdə yer alan sual isə Momo oynamağın nə kimi təhlükələrə səbəb olduğudur. Meksika siber cinayətlər bürosu tanınmayan bir nömrəli mesajlaşmanın təhlükələrini, eyni zamanda Momonun yaradacağı təhdidləri beş ayrı bənd üzrə xarakterizə edir:
 
1. Şəxsi məlumatlarınız oğurlana bilər. 
2. Şiddəti təbliğ edən bir dildən istifadə edilir və insanlar intihara sürüklənə bilir. 
3. İstifadəçilər təhdid və taciz edilir. 
4. İnsanlardan zorla pul əldə edilə bilir. 
5. Oyuna qatılanlar depressiya və qayğı attakasına qapıla bilir.
Загрузка...
Загрузка...