“Uşaqlarda koronavirusun yayılması bu baxımdan təhlükəlidir” – Millət vəkilindən xəbərdarlıq

Baxış sayı: 
92
2  
0  

“Uşaqlarda immun sistemi güclü olduğuna görə, digər xəstəlikərlə yüklənib böyük insanlarda olduğu kimi biruzə vermədiyi üçün, onlarda koronavirus klinikası daha sönük müşahidə edilir. Buna görə də bəzən yanlış olaraq adi soyuqdəymə, qrip xəsətliyi ilə qarışdırıla və gec reaksiya verilə bilər. Uşaqlarda koronavirusun yayılması bu baxımdan təhlükəlidir”.

 
Turaninfo.org xəbər verir ki,Bu sözləri Moderator.az-a millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, pediator-həkim Müşfiq Məmmədli deyb.
 

Qeyd edək ki, dünən Azərbaycanda da azyaşlı uşaqların koronavirusa yoluxması faktı rəsmən təsdiq edilib. Bu və digər faktlar cəmiyyətdə “uşaqlar koronavirusa yoluxmur” kimi yalnış düşüncələri alt-üst etdi və problemə ciddi yanaşmağın əhəmyyətini bir daha göstərdi.
 
"Uşaqlarda virusun yayılmasının hansı nəticələri ola bilər və onları necə qorumaq lazımdır" sualına aydınlıq gətirən millət vəkili əlavə edib ki, uşaqlarla bağlı digər təhlükəli məqam odur ki, onlarda klinika sönük getdiyinə görə digər insanları yoluxdurma ehtimalları daha çoxdur:
 
“Bəzən yalnış təsəvvürlər yaranır ki, uşaqlarda koronavirusa yoluxma ehtimalı zəifdir. Məsələn, Rusiya həkimləri etiraf etdilər ki, bu ölkədə virusun əlamətləri digər yuxarı tənəffüs yolları  xəstəlikləri ilə qarışdırıldı və uşaqların böyükləri yoluxdurması faktı geniş yayıldı.
 
Ona görə də uşaqlaırn digər insanları yoluxdurma təhlüksəi yüksəkdir”.
 
Müşfiq Məmmədlinin sözlərinə görə, koronavirusun uşaqılarda pnevmaniya, ağciyər tənəffüsünün ağırlaşmasına səbəb olan proseslər də müşahidə edilmişdir:
 
“Yalnış fikirlərdən biri də odur ki, bu zaman uşaqlarda ağırlaşmalar baş vermir. Ancaq təcrübə göstərir ki, immun sistemi zəif olan və yaxud digər ağır xəstəliklər keçirən uşaqlarda da nəticələr ağır ola bilər.
 
Ümumiləşdirərək, deyə bilərik ki, uşaqlarla bağlı əsas təhlükələr bunlardır: klinika sönük gedir, digər insanları yoluxdurma ehtimalı yüksəkdir.
Çünki uşaqlar digər aulə üzvləri ilə daha sıx ünsiyyətdə olurlar.
 
Ona görə də karantin rejiminə, sosial izolyasiya şərtlərinə ciddi əməl edilməlidir. Uşaqların izolyasiyasına isə daha diqqətli yanaşmaq vacibdir”.
 
Deputat əlavə edib ki, biz də əlimizdən gələni edirik ki, təhlükənin qarşısını vaxtında alaq, dövlətin karantinlə bağlı apardığı işlərə dəstək olaq.

 
Загрузка...
Загрузка...