​Ürəyini əlində gəzdirən idmançı – FOTOLAR

Baxış sayı: 
91
2  
0  

Taleyi ən maraqlı Hollivud filmlərini xatırladan insanlar o qədər də çox deyil. Onlardan biri amerikalı fitnes məşqçisi Endryu Consdu. Endryunun ömür hekayəsi hədəfinə doğru irəliləyən böyük ruhun nə demək olduğunu anlamaq üçün ələdüşməz nümunədi. Ciddi xətəliyə və ölüm təhlükəsinə meydan oxuyan gəncin təntənəli qələbəsi ilə tanış olmağa dəyər.
Faciəvi hadisəyə qədər sağlam həyat tərzi keçirən, zərərli vərdişlərdən uzaq olan Cons trenajor zallarında həvəslə məşq edib. Əzələ kütləsini süni preparatlardan istifadə etmədən artırmağa çalışan idmançı tez-tez bodibildinq yarışlarına qatılıb.
 
Səhhətindəki çatışmazlıqdan ilk dəfə 2012-ci ildə xəbər tutan afroamerikalı bunadən heç nədən şikayətçi olmayıb. Hər gün olduğu kimi qaçan Endryu adi günlərin birində nəfəs almağa çətinlik çəkdiyini hiss edib… İki il sonra isə vəziyyət qəlizləşib. İdmançı yüksək hərarətin və öskürərkən ağzından qan gəlməsinin sıradan hal olmadığını anlayaraq həkimə müraciət edib.  Ən qısa müddətdə kardiomiopatiya (irsi ürək xəstəliyi) diaqnozu qoyulan Cons xəstəxanada 4 ay qalıb və səhhəti ilə bağlı daha pis xəbər alıb.
 
Həkimlər halsızlıqdan yerindən qalxmağa gücü çatmayan idmançıya yeganə çıxış yolunun donor ürəyi olduğunu bildirib. Təəssüf ki, həmin vaxt ürək transplantasiyası növbəsini gözləyənlərin sayı çox olub və Endryu qeyri-müəyyən müddətə ürəyi əvəz edən süni cihazın – kardiostimulyatorun ümidinə qalıb.
 
Başına gələnlərə boyun əyməyən qəhrəmanımızın “ürəy”ini çantaya qoyub məşqə yollanması isə tək özü yox, onu belə görən minlərlə insan üçün ideal stimula çevrilib. Maraqlıdı ki, sözügedən fitness məşqçisi süni aparatla sağlam idmançıların iştirak etdiyi rəsmi birinciliklərə də qatılıb.
 
Nəhayət, 2016-cı ildə donor ürəyi alan Endryu əməliyyatdan 2 gün sonra əvvəlki vəziyyətinə qayıtdığını açıqlayıb. Doğrudu, o, bu gün də müxtəlif dərmanlardan istifadə etmək məcburiyyətindədi. Ancaq sinəsindəki açıq ürək əməliyyatının yerini göstərməkdən, məşqlərindən və zarafatlarından qalmır.

Загрузка...
Загрузка...