Universitetlərin vəzifə tutan məmur və deputatlar… (SİYAHI)

Baxış sayı: 
34
4  
0  

Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.
 
Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.
 
Qaynarinfo xəbər verir ki, modern.az universitetlərdə kafedra müdiri vəzufəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırmağa çalışıb.
 
Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.
 
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov hazırda BDU-da Ali riaziyyat kafedrasının müdiridir.
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiridir.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da BDU-da vəzifə tutan məmurlar sırasına daxildir – o, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.
 
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində də çalışır.
 
BDU-da kafedra müdiri olan xeyli deputat var. Belə ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Konstitusiya hüququ , deputat Yaqub Mahmudov Qədim dünya və orta əsrlər tarixi, deputat Nizami Cəfərov Ümumi dilçilik, deputat Bəxtiyar Əliyev isə Psixologiya kafedrasının müdiridir.
 
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov: "Deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur”.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova: "Eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin "Sülh səfiri” Əvəz Ələkbərov "Maliyyə və maliyyə inistutları” kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır”.
 
Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman: "Bizim ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur”.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva: "Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki  Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir”.
 
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı: "Kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir”.
 
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu: "Deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur”.
 
Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli: "Bizim universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər”.

Загрузка...
Загрузка...