Ukrayna “Cadugər”i itirdi

Baxış sayı: 
71
2  
0  

kraynanın Donbas bölgəsində “Cadugər” ləqəbli Ukrayna pulemyotçusu Yan Çervonaya minaya düşməsi nəticəsində ölüb.
publika.az xəbər verir ki, bu haqda ölkə prezidenti Pyotr Poroşenkonun feysbuk səhifəsində bildirib.
Ukrayna prezidenti qadın pulemyotçunun həlak olmasıyla əlaqədar başsağlığını ifadə edib.
“Cəbhədən ağır xəbər. Buna inanmaq çətindir”, - dövlət başçısı yazıb.
Qeyd edək ki, Çervonaya “Donbas-Ukrayna” batalyonunda xidmət edirdi. Batalyon ordunun əsasında formalaşdırılmış könüllü bölmə hesab edilir.
“Cadugər” evdə əri və iki uşağını qoyaraq 2016-cı ilin sentyabrından Donbasda vuruşurdu.
               

 

Загрузка...
Загрузка...