UEFA Millətlər Liqasının ilk yarımfinalında Ronaldodan ŞOU - VİDEO

Baxış sayı: 
58
1  
0  

Portuqaliyada UEFA Millətlər Liqasının "dördlər finalı"na start verilib.
 
Publika.az xəbər verir ki, Portunun “Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıblar.
 
Oyun Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqalların heyətində 25, 88 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo fərqlənməklə het-trikə imza atıb.
 
İsveçrənin yeganə qolunu isə 57-ci dəqiqədə Rikardu Rodriges penaltidən vurub.
 
İyunun 6-da keçiriləcək ikinci yarımfinal oyununda İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.
 
Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.
 

Загрузка...
Загрузка...