​Uduzmuş ermənnin əlində nüvə silahı olsa...

Baxış sayı: 
120
1  
0  

 
Sentyabrın 27-dən bu günə qədər Qarabağda davam edən əməliyyatlardan və ölkəmizin Qarabağdan uzaq ölan bölgələrinin düşmən tərəfindən kütləvi qırğın silahları ilə vurulmasından bir mətləbə dair tam yəqinlik hasil olub.
 
Bu, elə bir düşməndir ki, heç bir qırmızı xətti yoxdur, “burada duraq, buradan o tərəfə keçmək olmaz” deyə hər hansı bir hərbi, siyasi, mənəvi baryerə malik deyil.
 
Yəni bu gün Paşinyanın əlində 3 atom bombası olsa, tərəddüd etmədən 3 böyük şəhərimizə atar, yüz minlərlə dinc sakini qətlə yetirər.
 
Elə çıxmasın ki, Paşinyan dəlidir, debildir, ağıldankəmdir deyə, həmin hərəkəti edər, amma digər erməni liderlər etməz. Xeyr. Uduzmuş erməni liderlərin istənilən biri o cinayətə qol qoyar. Armen Sarkisyan da, Ohanyan da, Şarmazanov da. İş başında Koçaryan və ya Sarkisyan olsaydı, onlar da edərdi.
 
Bu, o qədər aydın şəkildə gözlə görünür ki, hətta mübahisə predmeti belə ola bilməz. Bir həftənin içində iki dəfə Gəncəyə çoxlu insan tələfatına səbəb olacağı şübhə doğurmayan 7 metrlik raketlərin atılması, toplamda 25 nəfərin qətlə yetirilməsi ondan xəbər verir ki, Ermənistan rəhbərliyi bacardıqca daha çox mülki insan (qadın, qoca, uşaq) öldürmək istəyir və bunu Azərbaycan ordusunu dayandırmaq üçün yeganə çarə hesab edir. Hər dəfə bir rayonumuz iğaldan azad ediləndə, onlar daha çox mülki insan öldürürlər.

 
Ən pisi nədir? Ən pisi odur ki, Ermənistan bu qədər azğın və vəhşi anti-insani cinayətlər törədər, məsələn, qadağan olunmuş nüvə silahından istifadə edər və məsuliyyətdən yayına bilər.
 
Bir sıra ölkələrin Azərbaycan-Ermənistan müharibəsinə yanaşması, Ermənistanı xaç motivi ilə daha doğma sayması bundan xəbər verir. Bir şey ki, mandatı və missiyası etibarilə neytral arbitr olmalı olan Fransa son hərbi eskalasiya zamanı açıq-aşkar tərəf tutdu, daha nə gözləmək olar?
 
Ramil Səfərovun 16 il öncə Macarıstanda bir erməni zabitini zərərsizləşdirməsi (sağ qalsaydı, bu gün Markaryan nə qədər mülki əhalimizin qətlində iştirak edəcəkdi, təsəvvür etmək çətin deyil) hadisəsinə diqqət edək. Orada cəmi bir nəfər ölmüş, digər qorxmuşdu. Amma ermənilər necə vay-şivən qopardılarsa, ölkəsini, özünü, millətinin və dövlətinin şərəf və ləyaqətini müdafiə etmiş zabitimizə ömürlük həbs cəzası kəsildi və o, bu cəzanın 9 ilə yaxınını həbsxanada cəza çəkdi. Ermənilər hələ də Ramildən əl çəkməyiblər, Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər və onun yenidən və daha ağır cəza kəsilməsini istəyirlər.
 
İndi baxaq görək, Xocalıda 600-dən çox dinc sakinə qarşı törədilmiş antibəşəri cinayətə, soyqırım aktına görə bircə erməni cəzalandırıldımı? Xeyr. Onlar indiyədək o boyda cinayətin altından sıyrılıb çıxa bilirlər. Avropalı hüquq “keşikçilər”i” müvafiq müraciətlərə göz yumur, qulaq ardına vururlar. 105 il əvvəl baş vermiş hadisələrə dair verdiktlər çıxaran Fransa 28 il əvvəl törədilən, sənədli-sübutlu cinayəti görməzliyə vurur.
 
(Ancaq bu savaşda (27 sentyabr – 00 00) bir yaxşı hadisə baş verdi ki, əli Xocalıda dinc soydaşlarımızın qanına batmış erməni cəlladlarının, zabit və əsgərlərin 20-yə qədəri öz qanlarına qəltan oldular, meyitləri düzlərdə qaldı).
 
Ona görə də biz adı "hibrid müharibə" və ya nə qoyulmasından asılı olmayaraq öz başımızın çarəsinə qalmalıyıq, “dünya birliyi”nə, “tərəqqipərvər bəşəriyyət”ə, “regional güclər”ə ümid olmaq, onladan nicat gözləmək, nə vaxtsa bizim haqq işimizə dəstək verəcəklərini, həqiqətin kim tərəfində olduğunu öyrənərək ədalətli mövqe tutacaqlarını gözləmək olmaz.
Biz güclü, ehtiyatlı (silah-sursat baxımından), israrlı, çevik və qətiyyətli olmalıyıq, Vardenisdə bizə raket tuşlayanın raketini əlindən alıb gözünə soxduğumuz, partlatdığımız kimi, yenə də bənzər preventiv addımlar atmalıyıq.
 
Bu faşist yığnağına etibar yoxdur, heç vaxt da ola bilməz. Onların nə vaxtsa bizə qarşı apardıqları savaşı müharibə qayda-qanunları çərçivəsinə aparacaqlarını gözləmək, çaqqaldan mənəviyyat gözləmək kimi bir şeydir.
 
P.S. Siz heç idman yarışları zamanı rinqdə, tatamidə uduzmuş erməni atletlərin son hərəkətlərinə fikir vermisinizmi? Uduzanda dəli olur, çılğına dönür, hakimləri söyür, rəqibin əlini sıxmır, hətta öz məşqçilərini də itələyir, axırda da ağlayırlar.
 
 

Загрузка...
Загрузка...