​Ucarda kişi qardaşı oğlu ilə birlikdə qadının evinə girdi – Cinayət/Təfərrüat

Baxış sayı: 
184
0  
0  

 
Ucar rayonunda quldurluq etməkdə təqsirli bilinən Rəcəb Hüseynov və Anar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə baxışı iyulun 16-na təyin edilib.
 
İttihama görə, bu ilin martın 17-də, səhər saatlarında Ucar rayonun Müsüslü kənd sakini Zeynəb Əliyevanın evinə iki nəfər maskalı şəxs basqın edib.
 
Həmin şəxslər evdə tək olan Zeynəb Əliyevanı şərflə əl-ayağını bağlayıblar, onun 1000 manat dəyərində qızıl-zinət əşyaları və 41 manat pulunu götürərək evi tərk ediblər.
 
Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Ucar rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
 
Polis əməkdaşlarının keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndliləri Rəcəb Hüseynov və onun qardaşı oğlu Anar Hüseynov tutularaq istintaqa təhvil veriliblər.
 
İlkin dindirmə zamanı hər iki saxlanılan şəxs çirkin əməllərini etiraf edib və hadisə yerində istifadə olunan şərf maddi sübut kimi götürülüb.
 
İstintaq orqanı tərəfindən Rəcəb Hüseynov və Anar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...