​Üç ölkə ABŞ-a qarşı birləşdi: 2 həftə ərzində...

Baxış sayı: 
32
1  
0  

Sentyabrın 16-da Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçirilib. Prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın görüşdən sonra təşkil etdiyi birgə mətbuat konfransında ABŞ-la bağlı səslənən bəyanatlar diqqət çəkib.
 
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hər üç lider ABŞ-ın Suriyada həll prosesində mənfi rol oynadığı fikrində birləşiblər.
 
“Ən böyük təhdid PKK/PYD-dir. Sərhədimizdə bir terror dəhlizinin yaranmasına icazə verməyəcəyik. İki həftə ərzində ABŞ ilə razılaşmasaq, öz planımızı həyata keçirəcəyik”, - Ərdoğan bildirib.
 
Ruhani ABŞ-ın Suriyada terrorçuları dəstəklədiyini və ölkəni bölməyə çalışdığını vurğulayıb.
 
“Hamımız Suriyanın ərazi bütövlüyü mövzusunda həmfikirik, ancaq ABŞ Suriyadakı terrorçuları dəstəkləyərək ölkəni bölməyə çalışır. Bu, qəbuledilməzdir. İdlibdə terror varlığı güclənib. Fəratın şərqində terrorçu qruplar var. Onlar ABŞ-ın nəzarətindədir”, - İran prezidenti söyləyib.
 
“ABŞ qüvvələrinin Suriyada olması qeyri-rəsmidir. Prezident Donald Trampın oradan çəkilmə qərarı yerinə yetiriləcək”, - Rusiya lideri vurğulayıb.

Загрузка...
Загрузка...