Təyyarənin vurulması Həsən Ruhanidən niyə gizli saxlanılıb?

Baxış sayı: 
119
1  
0  

Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması İran hökumətindən və prezident Həsən Ruhanidən bir müddət gizli saxlanılıb.
 
Publika.az Anadolu agentliyinə istinadən xəbər veriri ki, bu barədə İranın hökumət sözçüsü Ali Rəbii açıqlama verib. O bildirib:
 
“Biz yalan danışmaqda və hadisənin səbəblərini gizlətməkdə ittiham edildik. Lakin reallıq belə deyildi. Biz yalan danışmadıq. Məsələ ilə bağlı bizə məlumat verilməmişdi. Prezident Ruhani də daxil olmaqla hökumət nümayəndələrinə təyyarənin müdafiə sistemləri tərəfindən bilməyərəkdən vurulduğuna dair sonradan məlumat verildi. Ruhani məsələdən xəbər tutan kimi təhlükəsizlik şurasını iclasa çağırdı”.
 
Anar Türkeş

Загрузка...
Загрузка...