“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - Video

Baxış sayı: 
34
1  
0  

 
Əməkdar artist Röya Ayxan ötən gün Naxçıvanda konsert verib.
 
İfaçı komandası ilə birgə hava limanında gözləməyə məcbur qalıb. Buna səbəb onun pasportunu maşında unutması olub.
 
Daha sonra təyyarəyə minməyə müvəffəq olan Röyanın kadrlarını stilist Elnur Həsənov sosial media hesabında paylaşıb.
 
O, təyyarədə ayaq üstdə olan müğənnidən niyə oturmamasının səbəbini soruşub. Sənətçi isə “Plastik əməliyyat etdirmişəm, otura bilmirəm” deyə, əli ilə omba əməliyyatı etdirməsi barədə zarafat edib.
 
Elnur ona “Təyyarəni Ağdam Üçoğlan (Ağdamın kəndi – red.) avtobusuna çevirən Röya” deyə, rəy bildirib.
 
Sənətçi daha sonra Saat meydanında konsert verərək, yüzlərlə insanın qarşısına çıxıb.
 
Qeyd edək ki, R.Ayxan və E.Həsənov hər ikisi Ağdam bölgəsindədir./axşam.az/
 

Загрузка...
Загрузка...