Təxribatçılar iki gün sonra Keşikçi dağına hücum edəcək – Erməni SİFARİŞİ

Baxış sayı: 
113
2  
1  

Gürcüstanda Bakı-Tbilisi münasibətlərini pozmağa çalışan təxribatçılar yenidən aktivləşib. Bir neçə gün öncə Kvemo Kartli və Kaxeta bölgəsində gürcülərlə azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmaq cəhdləri edildi. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, “bir neçə qrup və bir sıra vətəndaş bölgədə etnik qarşıdurmanı qızışdırmaq üçün təxribatçı davranışlar həyata keçirir”. Hazırda irqi diskriminasiya ilə bağlı araşdırmalar başlanıb.
 
Lakin təxribatçıların yeni hücuma hazırlaşdığına dair məlumatlar var. Bu dəfə onlar Keşikçi dağı məbəd kompleksi ətrafında köhnə məsələni yenidən qızışdırmağa hazırlaşır.
 
Publika.az xəbər verir ki, Gürcüstan Pravoslav kilsəsi 4 iyunda Keşikçi dağı kompleksində müqəddəs David Qarecenin xatirə gününü keçirməyə hazırlaşır. Bu məqsədlə məbəd kompleksində ibadət tədbirləri keçiriləcək.
 
Azərbaycan və Gürcüstan dövləti arasında sərhədin delimitasiyası məsələsi ilə bağlı danışıqlar gedir və iki ölkə arasında razılaşmaya görə, məbəd kompleksinə zəvvarların və turistlərin səfəri təmin olunub.
 
Gürcüstan mediası yazır ki, təxribatçı qruplar da Azərbaycan-Gürcüstan sərhədində yeni gərginliyin yaratmaq məqsədilə iyunun 4-də məbəd kompleksində keçiriləcək bayramda iştirak erməyi planlaşdırır. Bu təxribatçılardan biri Gürcüstanda anti-Azərbaycan mövqeyi ilə məşhur olan “David Qarecinin müdafiəsi komitəsi”nin rəhbəri Nikoloz Mcavanadzedir.
 
N.Mcavanadze “Facebook” səhifəsində yazır ki, “iyunun 4-də Gürcüstan məbəd kompleksini geri qaytarmalıdır”.
 
 
 
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqların getdiyi və məsələnin hər iki ölkənin maraqları çərçivəsində həll edilməsi istiqamətində addımların atıldığı vaxtda belə təxribatçı çağırışların nə Bakının, nə də Tbilisinin rəsmi mövqeyinə uyğun gəlmədiyi məlumdur.
 
Bəs, bu təxribatda kimlər maraqlıdır?
 
2019-cu ilin 14 iyul tarixində Azərbaycan-Gürcüstan sərhədində baş verən təxribatın arxasında Gürcüstandakı ermənipərəst qüvvələrin dayandığı məlum idi. (Bakı-Tbilisi dostluğuna qarşı sərhəd təxribatı: Hədəfi nədir?). Bakı və Tbilisi, həmçinin, hər iki ölkənin ictimaiyyəti bu təxribatın qarşısını aldı. Lakin arxasında Ermənistanın olduğu təxribatçılar məqsədlərindən əl çəkmir. N.Mcavanadzenin “iyunun 4-də məbəd kompleksini geri qaytaraq” çağırışı da bundan xəbər verir.
 
“Kavkazplus” saytı yazır ki, N.Mcavanadze sifarişi Gürcüstandakı Ermənistan səfirliyindən alır.
 
“Təxribatçılar iyunun 4-də dövlət sərhədini pozmağa çağırır. Onlar təkcə Gürüstanda millətlərarası münasibətləri qızışdırmır, həm də qonşu dost ölkə ilə münaqişəyə təhrik edir. Dövlət Təhlükəsizlik Xidməti belə fitnəkar çağırışlarla məşğul olmalıdır”, - sayt yazır.
 
Asif Nərimanlı

Загрузка...
Загрузка...