Türkiyəyə qarşı çirkin savaş başladı – Foto

Baxış sayı: 
32
2  
0  

PKK-YPG terror qruplaşmasına yaxın sosial şəbəkə hesabları Türkiyəyə qarşı təbliğat savaşına başlayıb.
 
Axar.az xəbər verir ki, “Sülh çeşməsi” əməliyyatının başlanmasından etibarən terror qruplaşmasını dəstəkləyənlərə aid sosial şəbəkə hesabları, yaradılmış saxta hesablar dezinformasiya axını yaradıb.
 
Belə ki, sözügedən sosial şəbəkə hesabları olduqca aktiv şəkildə Suriyada əvvəlki illərdə çəkilmiş dəhşətli müharibə görüntülərini paylaşaraq, bu halların Türkiyənin yenicə başlatdığı “Sülh çeşməsi” əməliyyatı zamanı yaşandığını iddia ediblər.
 
YPG-PKK tərəfdarlarına aid hesablar əsasən 2016-cı ilin avqustunda rus ordusunun İdlibə hücumu və Hələbdə 2014-cü ilin mayında baş vermiş qanlı hadisələr zamanı çəkilmiş görüntüləri paylaşmaqla çirkin təbliğat aparır.

Загрузка...
Загрузка...