Türkiyəyə MÜHARİBƏ ELANI SAYILACAQ: Trampa və Pentaqona ÇAĞIRIŞ

Baxış sayı: 
46
1  
1  

ABŞ Senatı prezident Donald Trampa Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə sanksiya tətbiq etmək və Türkiyəni F-35 proqramından çıxarmaq çağırışı edib.
 
Publika.az xəbər verir ki, Senatın Silahlı Xidmətlər və Xarici Əlaqələr Komitəsinin liderləri və 4 senator bununla bağlı ortaq açıqlama verib.
 
“Amerikanın Səsi”nin xəbərinə görə, açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-ləri qəbul edərək Türkiyənin təhlükəsizliyi, iqtisadi rifahı və NATO ittifaqının bütövlüyü deyil, Putinlə təhlükəli əməkdaşlığı seçdiyi yazılıb.
 
“Prezident Ərdoğanın yanlış şəkildə S-400 almasının nəticəsi olmalıdır. Bu alış Rusiya prezidenti Vladimir Putinin Rusiyası ilə strateji əməkdaşlığını nəzərdə tutan narahatedici işarələr verir. Həmçinin, F-35 proqramını təhdid edir. Bunun nəticəsində prezident Donald Trampı CAATSA sanksiyalarını tələb olunan formada tətbiq etməyə çağırırıq. Müdafiə Nazirliyini (Pentaqon) də Türkiyənin F-35 proqramında üzvlüyünə son verməyə çağırırıq”.
 
Demokratlar Partiyasının Merilənd ştatından olan senator Kris Van Hollen də tvitterdən verdiyi açıqlamasında Türkiyənin bir müttəfiqin etməyəcəyi seçimi etdiyini bildirib. O, qeyd edib ki, S-400-lər işə düşərsə. ABŞ qanunlar çərçivəsində dərhal sanksiyalarla cavab verəcək.
 
Zümrüd

Загрузка...
Загрузка...