Türkiyənin tanınmış aktyoru təcili əməliyyat edildi

Baxış sayı: 
112
0  
0  

Türkiyənin usta aktyorlarından biri, “Yeşil çam”ın əfsanəsi Kadir İnanırın səhhətində ciddi problemlər baş qaldırıb.
 
 
Publika.az xəbər verir ki, 69 yaşlı aktyor gecə saatlarında xəstəxanaya aparılıb.
O, beynində yaranan problem səbəbilə təcili əməliyyat edilib. Hazırda reansimasiyada yatan aktyorun vəziyyətinin stabil olduğu bildirilir.
Kadir İnanır ilk dəfə 1970-ci ildə çəkilən “Qara gözlüm” filmi ilə mavi ekranlara addım atıb. Bir çox filmdə isə baş rolu ifa edib. Onun oynadığı “Səlvi boylum, al yazmalım”, “Tatar Ramazan”, “Ölüm yolu”, “Fırtına”, “Üç dost” kimi filmləri tamaşaçıların yaddaşlarında silinməyən izlər buraxıb.
 
Yaraşığı və cazibədar gülüşü ilə qadınların sevimlisinə çevrilən aktyor ailədə 15 uşağın ən kiçiyi olub.
Zümrüd

Загрузка...
Загрузка...