​Türkiyənin məşhurları Gəncədən yazdı...

Baxış sayı: 
180
1  
0  

Türkiyənin bir çox məhşur sənətçiləri bu gecə Ermənistanın Mingəçevir və Gəncədə mülki vətəndaşlarımıza qarşı törətdiyi təxribatı sərt tənqid ediblər.
 
Kult.az onlardan bir neçəsini təqdim edir:
 
Müğənni Özcan Dəniz: Azərbaycana qarşı edilən xain hücumu şiddətlə qınayırıq. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Dualarımız sizinlədir.
 
Aktyor Kənan İmirzalıoğlu: Vətənmi istədiniz beşikdəki körpədən?!
 
Müğənni Murad Boz: Azərbaycanın Gəncə və Mingəçevir şəhərinə edilən xain hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm. Dualarımız sizlərlədir. Başımız sağ olsun.
 
Müğənni Murad Dalkılıc: Ermənistanın mülki vətəndaşların və uşaqların itirilməsinə səbəb olan bu xain hücumlara artıq dayan deyilməlidir.
 
Müğənni Zinyət Salı: Lənət olsun sənə, Ermənistan. Çox xaincə deyilmi?! Körpələr, məsumlar, uşaqlar, mülkilər...
 
Müğənni Əbru Gündəş: Canımız Azərbaycana məsumlar hədəfə alınaraq edilən xain hücumu şiddətlə qınayır, itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət, yaralılarımız üçün şəfa diləyirəm. Hər zaman, bütün şərtlərdə yanınızdayıq. Dualarımız sizinlə...
 
Müğənni Haluk Ləvənt: Qəlbimiz səninlə!

Загрузка...
Загрузка...