Türkiyənin hərbi uğuru İranı narahat etdi: “Dərhal əməliyyatı dayandırın, geri çəkilin...”

Baxış sayı: 
20
1  
0  

ABŞ-ın sanksiyalarına məruz qalan, onu özünə düşmən hesab edən İran, ABŞ-ın silahlandırdığı terrorçulara qarşı əməliyyatdan narahat oldu
 
Hurriyyet.org xəbər verir ki, Türkiyənin Suriya ilə sərhədini terror dəhlizindən təmizləmək üçün apardığı Sülh bulağı əməliyyatı qonşu İran dövlətini narahat edib.
 
İrandan “Geri çəkilin” çağırışı
 
İranın Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyənin Suriyadakı qüvvələrini geri çəkməsi və əməliyyatı dərhal dayandırması çağırışı edilir.
 
İranın xarici işlər naziri Cavad Zərif həmkarı Mvlud Çavuşoğlu ilə telefon danışığı zamanı dövlətinin Türkiyənin Fərat çayının şərq sahilindəki əməliyyata qarşı olduğunu bildirmişdi.
 
Bu gün Türkiyə Silahlı Qüvvələri ilə müxaliflərdən ibarət Suriya Milli Ordusunun Suriyanın şimalını işğal eləmiş, ABŞ tərəfindən silahlandırılan YPG/PKK terrorçularına qarşı “Sülh bulağı” adlı əməliyyatının ikinci günüdür. TSQ uğurla irəliləməkdədir.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...