Türkiyənin arxasından çirkin bazarlıq – terrorçular Suriya ordusunun qüvvələri hesab ediləcək?

Baxış sayı: 
71
2  
0  

Turaninfo.org xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədlə PKK/YPG terrorçu təşkilatı arasında danışıqlar davam edir. Hər iki tərəfin nümayəndələri paytaxt Dəməşq şəhərində ikinci dəfə görüşüb, terrorçuların işğalı altında olan ərazilərin idarəçiliyi ilə bağlı detalları müzakirə ediblər.

“Demokratik Suriya Şurası” adlanan qondarma YPG/PKK heyəti 3 həftəlik fasilədən sonra yenidən Dəməşq şəhərinə yollanıb. Qondarma şuranın həmsədri Riyad Dirar Əsəd hökumətinə yaxın olan “Vətən” qəzetinə verdiyi xəbərdə görüşdə təşkilatın işğal elədiyi bölgələrdə yerli idarəçilik məsələsinin gündəmdə olduğunu bildirib və deyib: “SDQ (YPG/PKK təşkilatı Suriya Demokratik Qüvvələri adı altında maskalanır – red.) Suriya ordusunun bir parçası olacaq və ölkənin sərhədlərini qoruyacaq. Təbii ki, razılaşmamızdan sonra”.

Türkiyə mətbuatının yazdığına görə, terror təşkilatı ötən ayın sonlarında da Dəməşqə gedərək, terrorçuların işğal elədikləri ərazilərdə hərbi əməkdaşlıq, iqtisadi muxtariyyət, inteqrasiya və Türkiyəyə qarşı əməkdaşlıq mövzularını Suriya hökumətinin nümayəndələri ilə birlikdə müzakirə edib.

Suriyada müharibə başlanandan bəri YPG/PKK ilə Əsəd iqtidarı arasında davam edən əməkdaşlıq Türkiyənin iyun ayında ABŞ ilə Menbiç razılaşması əldə eləməsindən sonra güclənmişdi.

İkinci görüşün Suriya hökumətinin gələn ay yerli seçkilər keçirəcəyi elanından sonra keçirilməsi diqqəti cəlb edib.

Загрузка...
Загрузка...