Türkiyənin Ali Seçki Şurasının sədri: “Seçki prosesi başa çatıb, məhkəmə prosesi başlayıb”

Baxış sayı: 
87
2  
0  

Turaninfo.org xəbər verir ki, Türkiyənin Ali Seçki Şurasının sədri Sadi Güvən yerli idarə orqanlarına seçkilər və etirazlarla bağlı açıqlama verərək deyib: “Seçki prosesi başa çatıb, məhkəmə prosesi başlayıb. Seçkinin başa çatmasından etibarən, məhkəmə ilə bağlı vəzifəmizi yerinə yetirməyə başlamışıq. Şikayətlərlə bağlı toplaşıb qərar veririk. Qərar vermə prosesindəki iclaslarımızda partiya nümayəndələri də iştirak edirlər. Bu proses davam edir. Məhkəmə prosesi davam elədiyi müddətdə hakimlər proseslə bağlı açıqlama vermirlər. Məndən hər bir dosya üçün xəbər gözləməyin. Bundan əvvəl də bildirdim. Məhkəmə prosesi başa çatana qədər bu barədə hər hansı bir açıqlama verməyəcəyəm. Məndən detallı məlumat tələb eləməyin, hökm verilənə qədər məlumat verməyim mühakimə prosesinə hörmətsizlik olar”.

 

Загрузка...
Загрузка...