Türkiyəli ulduzdan azərbaycanlı tələbələrə DƏSTƏK

Baxış sayı: 
134
1  
0  

Türkiyənin sevilən və tanınmış aktyoru Onur Tuna təqdirəlayiq addım atıb.
 
Publika.az xəbər verir ki, aktyor İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb. O, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq tələbələrə maddi və mənəvi dəstəyini nümayiş etdirib. Tələbələr həm kirayə evlə, həm də gündəlik ərzaqla təmin olunublar. Onur Tuna bu addımı atmaqla bir daha məşhur "Bir millət, iki dövlət" deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.
 
Qeyd edək ki, O.Tuna "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi "Ağır romantik" filminin baş rol ifaçısıdır.

Загрузка...
Загрузка...