Türkiyəli futbolçu Ərdoğanın dəvətini rədd etdi

Baxış sayı: 
169
0  
0  

İngiltərədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Liverpul”un şərəfini qoruyan türk əsilli alman futbolçu Emre Cana dəvət göndərib.
Publika.az xəbər verir ki, futbolçu bu dəvəti qəbul etməyib.
Bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb. Xəbərə görə, Cenk Tosun, İlkay Gündoğan və Mesut Özil kimi futbolçuların qatıldığı gecənin bir dəvətnaməsi də Emre Cana göndərilib. Ancaq futbolçu Ərdoğanla görüşməyi qəbul etməyib.
Qeyd edək ki, İngiltərədə Türkiyə prezidenti ilə görüşən alman əsilli futbolçular M.Özil və İ.Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən sərt tənqid edilmişdi.
Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel isə tvitterdən verdiyi açıqlamada sözügedən görüşün Almaniya dəyərlərinə qarşı olduğunu bildirmişdi:
“Mesut və İlkayın prezidentlə görüşməsi bir seçki təxribatıdır. Öz oyunçularımızın şəxsi işlərinə, əlbəttə, hörmətlə yanaşırıq. Ancaq Almaniya Futbol Federasiyası olaraq cənab Ərdoğanın hörmət göstərmədiyi dəyərlərimizə sahib çıxacağıq”.
Zümrüd

Загрузка...
Загрузка...