Türkiyədə qorxunc hadisə - Ər və arvadı öldü

Baxış sayı: 
38
2  
0  

Türkiyədə güclü sel ər və arvadının ölümünə səbbə olub.
 
Turaninfo.org “Habertürk”ə istinadən xəbər verir ki, Kırıkkalenin Sulakyurt qəsəbəsinin Ayvatlı kəndində yağan güclü yağışdan sonra ərazini su basıb. Bu zaman kənin yaxınlığında mal-qara otaran 55 yaşlı Mehmet Öztürk və həyat yoldaşını sel aparıb.
 
Hadisə ilə bağlı dərhal xilasedicilərə məlumat verilsə də, ər və arvadının meyitini tapmaq mümkün olmayıb. Bir qədər sonra onların cəsədləri 2 kilometr uzaqlıqda yerləşən Karallı kəndi yaxınlığında tapılıb.
 
Hadisə vaxtı sel 35 baş iribuynuzlu heyvanı da tələf edib.

Загрузка...
Загрузка...