Türkiyədə kasıb ailələr uşaqlarını ABŞ hərbçilərinə böyük məbləğə satıblar

Baxış sayı: 
155
0  
0  

 
"ABŞ əsgərləri iki azyaşlı uşağı alıb öz ölkələrinə apardılar. Mənim qızımı da istədilər, amma vermədim".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına ölkənin Adana vilayətində yaşayan aztəminatlı ailələrdən biri deyib.
Bildirilir ki, Adanaki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlını pul qarşılığında ailələrindən alaraq qanunsuz yolla ABŞ-a göndəriblər.
Ərazidə yaşayan bir çox ailələr öz uşaqlarını ABŞ əsgərlərinə yüksək qiymətə satırlar. Amerikalı hərbçilərin bunu hansı səbəbdən etdikləri məlum deyil.
Hazırda övladlarını ABŞ hərbçilərinə satan ailələr Türkiyə höküməti tərəfindən dəqiqləşdirilir. Türkiyə rəsmiləri mövcud vəziyyətlə bağlı rəsmi açıqlama verməyib.
Könül Cəfərli

Загрузка...
Загрузка...