Türkiyədə HƏYƏCAN TƏBİLİ - Yanğın evlərə keçdi (FOTO)

Baxış sayı: 
15
1  
0  

Türkiyənin Balıkesir vilayətinin Mərmərə mahalında meşə ərazisində yanğın başlayıb.
 
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bələdiyyə başçısı Süleyman Aksoy yanğının söndürülməsinə güclü küləyin maneə olduğunu bildirib.
 
O, yanğının təxliyyə edilən bəzi evlərə keçdiyini söyləyib.
 
"Əlimiz-qolumuz bağlıdır, yanğın evlərə çatdı", - bələdiyyə başçısı deyib.
 
Son məlumatlara görə, yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Hazırda yanğının bir neçə nöqtədə davam etdiyi bildirilir.

Загрузка...
Загрузка...