Türkiyədə devalvasiya: mübarizə proqramı varmı?

Baxış sayı: 
125
1  
0  

1980-ci illərin ortalarından başlayaraq, Türkiyənin infrastrukturunu gücləndirmək məqsədi ilə baş nazir Turqut Özal xaricdən borc alırdı.Ölkəyə daha çox kredit gətirə bilmək üçün labüd olan devalvasiyaları Özal uzun müddət gecikdirmək yerinə "məzənnə qayçısı"nı hər ay işlətməyə üstünlük verirdi.
Türkiyə soyuq müharibədən sonra ilk ağır devalvasiya ilə 1994-cü ilin əvvəllərində tanış oldu.Xaricdən alınan borclarla qadınları 38 yaşında, kişiləri isə 43 yaşında pensiyaya çıxaran Süleyman Demirel 1993-cü ilin mayında prezident olunca arxasında buraxdığı xarabalıq Tansu Çillerə qaldı.Banklar öz açıq valyuta pozisiyalarını qapada bilmədiklərinə görə,valyutaya olan tələbin yaratdığı böhran Çiller-Karayalçın koalisiyasının 5 aprel 1994-də qəbul etdiyi iqtisadi proqramla nəticələndi: xalqa "acı bir resept" təqdim edilmişdi.
1990-cı illərin tamamını devalvasiya, yüksək faizlər və inflyasiya şəraitində keçirən Türkiyə Cümhuriyyəti öz tarixinin ən ağır iqtisadi böhranını 19 fevral 2001-ci ildə yaşadı.Böhranın baş verəcəyi məlum idi; hər dövlət nazirinə dövlətin bir bankı bağlıydı,50 milyon dollar pulu olan hər şirkət özünün bankını yaradıb özünə kredit verir və beləliklə valyuta bazarında ABŞ dollarına inanılmaz tələb yaranırdı.Ağır devalvasiya ilə nəticələnən,Xəzinənin və Mərkəzi bankın təminat məktubları olmadan heç bir bankın xaricdən kredit ala bilmədiyi şəraitdə hökumət Dünya bankının vitse-prezidenti Kemal Dervişi Türkiyəyə dəvət edərək,iqtisadiyyatın idarəçiliyini tamamilə ona vermişdi.Bankların çoxunu bağlayan Dervişin həyata keçirdiyi proqram sayəsində iqtisadiyyat düzəlməyə başladı.Koalisiyanın ortağı Devlet Bahçelinin tələbi ilə keçirilən erkən seçkidə siyasi cəhətdən yasaqlı olan Recep Tayyip Erdoğanın qurduğu AKP 3 noyabr 2002-ci ildə məhz devalvasiya dalğasında hakimiyyətə gəldi.Kemal Dervişin iqtisadi proqramını olduğu kimi həyata keçirən AKP, dünyadakı pul bolluğundan yaxşı istifadə edərək öz hakimiyyətinin ilk 2 dövründə ölkəyə xeyli pul gətirə bildi.
Türkiyədə iqtisadiyyatın əyarları AKP-nin 2011-ci ilin iyununda üçüncü dəfə təkbaşına iqtidara gəlməsindən sonra pozuldu.İdeoloji səbəblərə görə,invenstisiya sahəsindən çəkilməyə məcbur edilən böyük şirkətlərin yerini Erdoğana yaxın inşaat şirkətləri almağa başladı.Avropa Birliyinin çox saylı xəbərdarlıqlarına baxmayaraq, Tender qanununda tez-tez dəyişikliklər edilməsi ölkədəki investisiya atmosferinə mənfi təsir göstərdi.Bir müddət əvvəl, Dünya Bankının raportunda da göstərildiyi kimi, son illərdə Erdoğana yaxın 5 şirkətə 136 milyard dollarlıq tender verilib.Ölkənin siyasi sistemini dəyişdirməyi əsas hədəfi halına gətirən Erdoğan bu məqsədlə 2014-2018-ci illər arasında dalbadal seçkilər və rererendumlar keçirdi.O seçkilərdə qalib gəlmək üçün Xəzinədən və Mərkəzi bankdan astronomik miqdarlarda pul xərcləyən hökumət həm mövcud tarazlıqları həm də maliyyə və büdcə nizam-intizamını relsdən çıxardı..2011-ci ilin yayından siyasi iradənin təsiri altında qalan Mərkəzi bank və Xəzinənin Erdoğana yaxın şirkətlərə xaricdən kredit almaları üçün böyük miqdarlı təminat məktubları verdiyi indi ortaya çıxır.Neft və qaz idxalatından hər il onsuz da 50-60 milyard dollar borcu olan Türkiyənin bu maliyyə tablosuna dövlətin xərcləri də əlavə ediləndə ümumi xarici borc miqdarının təxminən yarım trilyon dollar olduğu meydana qətiləşdi.Yəni, Türkiyə mövcud devalvasiya böhranını "ayağını yorğanına görə uzatmayaraq" özü yaratdı.Valyuta bazarında avqust ümumilikdə ən sakit ay olmasına baxmayaraq, bu il Türkiyədə ən çalxantılı ay kimi yadda qaldı.Mövcud vəziyyətdə Türk lirəsi ABŞ dolları qarşısında təxminən 40% dəyər itirərkən təkcə sentyabr ayında 100 milyard dollar xarici borcun ödənəcəyindən söhbət gedir.Prezident Erdoğanın uzun müddətdən bəri dediyi "Mərkəzi bank faizləri aşağıda saxlamalıdır"- sözlərinin əksinə, faizlərin son 2 ayda ümumilikdə təxminən 100% artırılması bu gerçəkəri meydana çıxarmışdır:

1.Əvvəlki iqtisadi böhranlardan fərqli olaraq, Erdoğan iqtidarının böyük ölçüdə xarici borclardan yaranan bu böhranla mübarizə proqramı yoxdur.
2.Bundan əvvəlki böhran dönəmlərindən fərqli olaraq, Erdoğan iş dünyasını hüquqi tədbirlər görməklə də təhdid edir.Xəzinə və maliyyə naziri, Erdoğanın kürəkəni Berat Albayrakın yerli və əcnəbi sərmayə sahibləri ilə keçirdiyi saysız görüşlərdə qısa və orta möhlət üçün hər hansı proqramın açıqlandığı da hələ ki, görünmür(20 sentyabrda açıqlanacağı bildirilib)
3.Mərkəzi bankın əlində bazara sata biləcəyi 18 milyard dollar valyuta ehtiyatı vardır.Ona görə, bank indiki halda faizləri artırmaqdan başqa heç bir vasitədən istifadə edə bilmir.
Bir növ, pat vəziyyətinə düşən Türkiyə iqtisadiyyatının "xarici borc" böhranından necə xilas olacağını hamı maraqla gözləyərkən Azərbaycan manatının bir müddətdən bəri yenidən "sabit məzənnə təzyiqi" altına alınması maraq doğuran başqa bir mövzudur.Çünki 2015-ci ilin fevral və dekabr aylarında (şənbə və bazar ertəsi günlərində) iki ağır devalvasiya ilə üzbəüz qalan Azərbaycan öz milli valyutasını sadəcə "üzən məzənnə sisteminə keçirərək" onu sabitləşdirə bilibmi? Neftin qiymətinin yüksəlməsi manatın məzənnəsi üzərində "sabitlik təzyiqi" yaratmaq üçün yenidən çarə kimi düşünüldümü? Gec olmadan bu məsələ ətrafında da baş yormaq lazımdır./Turan/

Загрузка...
Загрузка...