​Türkiyədə 18 mindən çox məmur işdən qovulub

Baxış sayı: 
172
0  
0  

 
 
Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətdən sonra dövlət qulluğundan 18632 nəfər işdən çıxarılıb.
 
Onların “Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən tərəfdarları olduqları bildirilir.
Turaninfo.org RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı “Resmi Gazete” yayıb.
 
Məlumata əsasən, Türkiyə Ordusunda 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətindən 8998 nəfər, jandarmeriyadan 649 əməkdaş çıxarılıb. Həmçinin işdən çıxarılmalar Ədliyyə Nazirliyi (1051 nəfər), Təhsil Nazirliyi (658), Dini Qurumlar üzrə İdarə (240), dövlət universitetlərinə (199 nəfər) də toxunub. Eləcə də Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və telekanal bağlanıb.
 
Bütün bunlar fövqəladə vəziyyətlə bağlı qəbul edilmiş qaydalara əsasən həyata keçirilib. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət iyulun 18-i ləğv edilə bilər.

Загрузка...
Загрузка...