Türkiyə Putini iki əsrlik "BÖYÜK OYUN"da qalib etdi - İNANILMAZ SSENARİ İŞƏ DÜŞÜR

Baxış sayı: 
95
2  
0  

Rusiya prezidenti Vladimir Putin Suriyada “müharibəsiz qələbə” qazanmağı bacardı.
 
Publika.az xəbər verir ki, bunu Amerika qoşunlarının Suriyadan çıxarılması və Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı prezident Donald Trampın qərarını şərh edən “Die Welt” nəşrinin jurnalisti Mixael Stümer bildirib.
 
Nəşrin saytında dərc edilmiş materialda qeyd edilir ki, Amerika qoşunlarının Suriyadan çıxardılmasından sonra heç nə və heç kim Rusiya prezidentinə yaxın xaricə və Avrasiya təhlükəsizlik zonasına Moskvanın təsirinin genişlənilməsi üçün “Böyük oyun”u aparmağa mane olmayacaq. Ştyurmer xatırladıb ki, Rusiya bu oyunda 1990-cı illərin əvvəllərində həmişəlik güzəşt edən tərəf kimi görünürdü, ancaq indi vəziyyət əslində dəyişib.
 
Qeyd edək ki, “Böyük oyun” XIX əsr-XX əsrin əvvəllərində Cənub və Mərkəzi Asiyada hökmranlıq üçün Böyük Britaniya və Rusiya imperiyalarının arasında gedən geosiyasi rəqabət idi.
 
Xatırladaq ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılacaq.

Загрузка...
Загрузка...