Türkiyə klubunun futbolçuları QƏZAYA DÜŞDÜ - FOTO

Baxış sayı: 
139
0  
0  

 
“Alanyaspor”lu futbolçular avtomobil qəzasına düşüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içərisində futbolçuların olduğu avtomobil başqa bir maşınla toqquşub. Maşınlara ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Maşınlardan birində “Alanyaspor”lu futbolçular – Lukas Villafanes, İoannis Maniatis, Georgios Tsavellas və onun xanımı Atina Pikraki, həmçinin qardaşı olub.
Onlar milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən istifadə edərək Yunanıstana istirahətə etmək üçün hava limanına gedirmiş.
Pərviz

Загрузка...
Загрузка...