​Türkiyə İsrail səfirini ölkədən qovdu

Baxış sayı: 
185
0  
0  

İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb dünən Qəzza da baş verən qanlı hadisələrdir.
Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib.
XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.
“Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.
Ömər

Загрузка...
Загрузка...