​“Türkiyə Ermənistanı cəzalandıracaq” - Terrorçuların səbəb olduğu bəla

Baxış sayı: 
226
1  
0  

Xəbər verdiyimiz kimi, Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.
Bəs görəsən, ermənilərin bu addımı nə ilə nəticələ bilər? Onların terrorçulara dəstək verməsinin arxasında hansı məqsədlər dayanır?
 
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə əlqaə saxladıq:
 
“Əslində, özlərinə problem yaradırlar. Bəllidir ki, PKK-nın yaranışında da ermənilərin ASALA terror təşkilatı iştirak edib. Elə PKK-nın indiki heyətində də erməni silahlıları var və aydındır ki, o ittifaq yenə də fəaliyyətə davam edir.
 
Təsadüfü deyil ki, Türkiyə əməliyyata başladıqdan sonra radikallar İrəvanda Amerika birləşmiş Ştatları səfirliyi qarşısında piket keçirməyə çalışdırlar. Mümkündür ki, bəzi erməni millitanlar PKK-ya dəstək məqsədi ilə Suriyaya getsinlər. Amma özlərinin problemini artırırlar. Çünki Azərbaycan da buna səssiz qalmayacaq, Türkiyəyə dəstəyini artıracaq. Türkiyə tərəfdən savaşmaq istəyən vətəndaşlarımız var. Türkiyə Ermənistanını da buna görə cəzalandıra bilər və cəzalandıracaq.
 
E. Şahinoğlu bu qruplaşmanın Türkiyə ordusunun uğurlu irəliləyişinə mənfi təsir etməyəcəyini qeyd edib:
 
“Özü də o güclərin heç birinin Türkiyə üçün əhəmiyyəti yoxdur. Türkiyə ordusu uğurla irəliləyir və sərhəddə 40 kilometr dərinlik yaratdıqdan sonra orada təhülkəsizlik zonası yaradıb. Əgər adını çəkdiyimiz hər hansı terrorçu qruplaşma təxribat törətməyə çalışarsa, Türkiyə onların da cavabını verəcək. Həm də Ermənistana təzyiqi artıra bilər.
 
Missiya nədən ibarət olacaq ki? PKK-nın yanında dayanmaq, terror törətmək, Türkiyə ordusuna itki vermək. Əsas istəkləri budur. İllər boyu da bunu ediblər. 1960-70-ci illərdə  də dünyanın müxtəlif ölkələrində türkiyəli diplomatlara hücum edirdilər, onları qətlə yetirirdilər. Eyni senaridir”.
 
Politoloq bu qruplaşmanın Ermənistan dövlətinin başına bəla olacağını da deyib:
 
“Əlbəttə, onların Ermənistanla yaxın əlaqələri var. Əgər bu xəbərlər getdikcə genişlənərsə və rəsmiləşərsə, Türkiyə Ermənistana nota da verə bilər ki, Ermənistan ərazisindən Suriyadakı terrorçulara qoşulanların sayı artır. O boyda Suriya ordusu Türkiyə ordusu qarşısında tab gətirə bilmir. 5-6 nəfərlik millitan Türkiyəyə nə edə bilər ki?”
 
Naibə Məmmədova
 
 
 
Yenisabah.az

Загрузка...
Загрузка...