Türkiyə donanması keçmiş Antanta dövlətlərinə qarşı HƏRƏKƏTƏ KEÇDİ - Tarix TƏKRARLANIR

Baxış sayı: 
125

Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin təxribatlarını artıran Yunanıstana qarşı əhəmiyyətli bir addım atıb.
Publika.az xəbər verir ki, Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.
Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Egey və Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb. Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından kömək edir.
Qeyd edək ki, Antanta 1904-1907-ci illərdə Rusiya, İngiltərə və Fransanın başçılığı ilə yaradılmış hərbi-siyasi blokdur. Bu boloka sonradan Yaponiya və İtaliya da qoşulub. ABŞ isə hərbi və maddi yardım göstərib. I Dünya Müharibəsi zamanı “Antanta” Almaniya, Avstriya-Macarıstan və İtaliyanın təşəbbüsü ilə yaradılmış “Üçlər İttifaqı”na qarşı mübarizə aparıb. Sonradan İtaliya bu ittifaqdan çıxaraq “Antanta”ya qoşulub. Onu yerinə isə Osmanlı imperiyası ittifaqa daxil olub.
Zümrüd

Загрузка...
Загрузка...