Türkiyə bu şərti qəbul etsə, kürd dövləti qurulacaq – Diplomat

Baxış sayı: 
128
2  
0  

ABŞ-ın Suriyadan çəkilməsi PKK-YPG hakimiyyətində qarnizon dövlət qurulması layihəsinin çökməsinə yol açacaq.
 
Axar.az xəbər verir ki, bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyənin ABŞ-dakı keçmiş səfiri Şükrü Elekdağ deyib. Onun sözlərinə görə, terror təşkilatı ABŞ dəstəyindən məhrum olduqdan sonra Türkiyə tərəfindən yox edilməməsi üçün Dəməşqlə anlaşıb, onun himayəsinə girəcək və Əsədin muxtariyyat təklifini qəbul edəcək.
 
Diplomat terror təşkilatının Rusiyanın himayəsinə girəcəyinə inanmadığını deyib:
 
“Dəməşqdəki hakimiyyətin qüvvətlənməsi Putinə sərf edir. Moskva terror təşkilatıyla əlaqəyə sahibdir və onun ABŞ-dan qoparaq Əsəd rejiminin himayəsinə girməsi üçün çalışır”.
 
O, Trampla Ərdoğanın 6 oktyabrdakı telefon danışığından “Sülh çeşməsi” əməliyyatına izn verildiyini və bunun üçün əməliyyatın hədəfinin nə olmasına Trampın da birbaşa təsir etdiyini bildirib:
 
“Tramp 6 oktyabr sövdələşməsində son sözü söylədiyi üçün hərəkatın hədəfinin Ərdoğanın istəklərinə uyğun müəyyən ediləcəyi inandırıcı deyil. Hədəf məsələsində tərəflər 3 istiqamətdə razılaşa bilərlər: Birincisi, Tramp PKK-YPG terror təşkilatının, Türkiyə sərhədlərindən uzaq tutulması şərtiylə, təsirli hala gətirilməsinə çalışacaq; ikinci, təhlükəsiz bölgə yaradılması üçün tutulan yerlər terror təşkilatından təmizləniləcək; üçüncü, TSQ terror təşkilatının nəzarətində olan əraziyə keçməyəcək, buraya yönələn bir əməliyyat gerçəkləşdirməyəcək.
 
ABŞ üçün razılaşmanın ən önəmli şərti üçüncüdür, amma Türkiyəyə görə bu narahatedicidir. Ona görə ki, bu şərtin qəbulu qarnizon dövlət qurmaq layihəsinin Türkiyə tərəfindən qəbul edilməsi anlamına gəlir”.

Загрузка...
Загрузка...