"Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir" - Türkiyəli tanınmışlardan möhtəşəm təbrik (VİDEO)

Baxış sayı: 
42
1  
0  

 
Bu gün Azərbaycanda bayraq günü qeyd edilir.
Musavat.com xəbər verir ki, Türkiyənin tanımış simaları Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
Sosial şəbəkədə yayılan görüntülər maraqla qarşılanıb.
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Azərbaycan Dövlət Bayraq Günü" ilə əlaqədar bunları söyləyib:
 
"Bir millət, iki dövlət" tərifi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyəyə çıxarmaq həm ortaq mirasımıza, həm də sonrakı nəsillərə borcumuzdur. Çünki azadlığımız, gələcəyimiz, sülhümüz bir-birindən asılıdır. Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. "
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu dəyərli qeyd üçün həmkarına təşəkkür edib.
 
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da Azərbaycanın Türkiyənin yoxluğunda ölkənin haqqlarını hər zaman qoruduğunu söyləyib.
 
Bundan əlavə, Türkiyə parlamenti sədrinin müavini Levent Gök, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mövlud Karakaya, Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının sədr müavini Muhammet Emin Akbaşoğlu, tanınmış aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sert, müğənni Hakan Peker, bəstəkar-müğənni Mustafa Ceceli, futbol şərhçisi Tümer Metin, tanınmış aparıcı Seba Tümer, aktyor Selim Bayraqdar, müğənni Ebru Yaşar da Azərbaycan xalqını təbrik ediblər.
 
 
 
Qeyd edək ki, Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
 
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.
 
Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
 
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
 
Musavat.com

Загрузка...
Загрузка...