​Türkiyə 8 ballıq zəlzələyə hazırlaşır: eyni anda sunami, vulkan və yeraltı təkanlar olacaq

Baxış sayı: 
102
1  
0  

Aralıq dənizində baş verən ardıcıl zəlzələ və avterşoklar təsadüfi deyil.
 
Publika.az xəbər verir ki, bunu türk professor Şükrü Ersoy deyib.
 
Onun sözlərinə görə, bölgədəki seysmik hərəkətlilik regiondakı bənzər hadisələrdən fərqlənir: “Aralıq dənizindəki zəlzələləri sadəcə Yunanıstanın Krit adası ilə məhdudlaşdırmaq doğru deyil. Burada bir sahə var. Qərbdə İon dənizindən başlayan seysmik xətt var. Bu xətt cənubda Krit, Kipr və Rodos adasından keçib, Fəthiyyəyə doğru çuxur şəklində uzanır. Hətta Rodos adasının yaxınlığındakı çuxur 4 min 500 metr ölçüsü ilə Aralıq dənizinin ən dərin yeridir. Buranı dünyadakı yerlərə bənzətsək, Yaponiya, Çili və İndoneziyanın zəlzələ mexanizminə oxşada bilərik. Yəni dünyanın ən təhlükəli yerlərinə...”.
 
Professor əlavə edib ki, dolayısı ilə Türkiyəni maraqlandıran bu qurşaq 8-dən böyük bal gücündə zəlzələ əmələ gətirə biləcək potensiala sahibdir: “365-ci ildə Hitit adasının qərbində 8,6 bal gücündə zəlzələ baş verir və ada 9 metr yüksəlir. Hazırda bölgədə zəlzələ, sunami və vulkanizm üçlüyünün eyni anda yaşanması təhlükəsi var”.
 
Qeyd edək ki, bu gün sübh saatlarında Krit adası yaxınlığında 4,8 bal gücündə zəlzələ olub. Ötən həftələrdə həmin bölgədə 6,4 bal gücündə sarsıntılar qeydə alınmışdı.
 
Zümrüd

Загрузка...
Загрузка...